Şəmkirdə 19 yaşlı oğlan göldə batıb

Şəmkirdə 19 yaşlı oğlan göldə batıb
# 08 iyul 2016 07:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR