Gəncədə iki nəfər intihara cəhd edib

Gəncədə iki nəfər intihara cəhd edib
# 06 may 2015 20:33 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayıl Cəfərov adı məlum olmayan dərman həbləri qəbul edərək intihara cəhd edib. O dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Şəhər sakini 1995-ci il təvəllüdlü Aqşin Bayramov isə sirkə turşusu içərək intihara cəhd edib. O dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR