Bakının Nizami rayonunun bəzi küçələrinə suyun verilməsi məhdudlaşdırılacaq

Bakının Nizami rayonunun bəzi küçələrinə suyun verilməsi məhdudlaşdırılacaq
# 24 iyun 2016 08:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Nizami rayonunun bir hissəsinə suyun verilməsi dayandırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar iyunun 24-də gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E. Süleymanov, İ. Məmmədov, M. Şərifli, T. Abbasov, C. Naxçıvanski, R. Teymurov, B. Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR