Bakıda qətl törədən 17 yaşlı oğlan Ali Məhkəməyə müraciət edib

Bakıda qətl törədən 17 yaşlı oğlan Ali Məhkəməyə müraciət edib
# 02 noyabr 2015 07:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qətl törədən 17 yaşlı Anar Səlimov kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, A. Səlimov Ali Məhkəməyə müraciətində cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayətinə noyabrın 5-də baxılacaq.

Qeyd edək ki, ötən il dekabrın 26-da Suraxanı rayonunda 1998-ci il təvəllüdlü Anar Səlimov Nazim Həşimovu bıçaqlayaraq öldürüb. Öldürülən 24 yaşlı Nazim Həşimov internet klubdan cıxarkən Anar Səlimovla təsadüfən toqquşub. Bu zaman onların arasında dava düşüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Səlimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Səlimov apellyasiya şikayəti versə də məhkəmə şikayəti təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR