Bakı. Aynur Əliyev - APA-Economics. Bakının Ziya Bünyadov prospektinin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması gecə saat 02:00 radələrində başa çatdırılıb.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işi yerinə yetirilir.
Bu işlər başa çatdırıldıqdan sonra yolun bağlı hissəsinin açılması gözlənilir.