Şəkidə 16 yaşlı oğlan velosipeddən yıxılaraq ölüb - VİDEO

Şəkidə 16 yaşlı oğlan velosipeddən yıxılaraq ölüb - <span style="color: red;">VİDEO
# 03 iyul 2015 07:45 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə bədbəxt hadisə baş verib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb. Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR