Bank Of Baku

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
# 30 avqust 2026 12:30 (UTC +04:00)

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici enerji təchizatından məhrumdur və hazırda fövqəladə dizel generatorlarından istifadə edir.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, altı fəaliyyətsiz reaktorunun soyudulmasını təmin etmək üçün elektrik enerjisinə ehtiyacı olan stansiyanın ərazisində cəmi 10 günlük dizel yanacağı ehtiyatı var. AES-in altı aydır ki, stansiyadan kənarda yerləşən yanacaq anbarına dizel yanacağı tədarükü olmayıb. Bununla belə, cümə axşamı və cümə günü stansiyaya başqa bir kənar mənbədən dizel yanacağı çatdırılıb.Atom elektrik stansiyası xarici enerji təchizatını itirdikdə dizel yanacağının mövcudluğu son dərəcə böyük əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR