Paşha Bank
Bank Of Baku

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik

© APA | Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik

# 10 noyabr 2026 16:51 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.

Melnik deyib ki, Ukrayna tərəfi Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nəticələrini gözləyir.

“Görək Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar hansı nəticələri verəcək. Ancaq bir məsələ aydındır: ən yüksək səviyyədə sammit olmadan siyasi irəliləyişə nail olmaq çətin olacaq. Məhz buna görə də Ukrayna Prezidenti Putinlə ilk fürsətdə görüşməyə hazırdır – istər dekabrda Floridada, istər G20 sammiti çərçivəsində, istərsə də dünyanın hər hansı başqa yerində, lazım gələrsə, hətta Antarktidada. İstənilən yerdə, yalnız Moskvada yox”, – Melnik vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR