Bank Of Baku

Zelenski: Sabah Brüsseldə Ukrayna, ABŞ, Aİ və NATO nümayəndələrinin görüşü keçiriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 03 noyabr 2026 18:22 (UTC +04:00)

Sabah Brüsseldə Ukrayna, ABŞ, Avropa İttifaqı və NATO nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşdə Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, NATO və Dünya Bankının nümayəndələri iştirak edəcəklər.

Avropa İttifaqı tərəfindən müzakirələrdə milli təhlükəsizlik müşavirləri səviyyəsində iştirak nəzərdə tutulur.

Zelenski qeyd edib ki, görüş əvvəlki danışıqların davamı olacaq və Ukraynanın müharibədən sonrakı bərpası, iqtisadi inkişafı və rifahına həsr ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR