Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabr ayında baş tuta bilər.
“UNİAN” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, Ukrayna danışıqları dirçəltmək istəyir.
“Ümid edirəm ki, amerikalılar da bu görüşdə iştirak edəcək. Biz onlarsız bacara bilmərik”, - Budanov deyib.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sonuncu dəfə danışıqlar bu ilin fevralında keçirilib.