Rusiyada 5,3 bal gücündə zəlzələ olub

Rusiyada 5,3 bal gücündə zəlzələ olub
# 22 sentyabr 2015 02:36 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ust-Kamçatsk qəsəbəsindən 50 km aralıda, ocağı isə 16 km dərinlikdə yerləşib.

Yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR