Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qəza zamanı sürücü, 1969-cu il təvəllüdlü Məmmədov Seymur Ağaməd oğlu xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.