Bank Of Baku

Siyəzəndə "SHACMAN" aşıb, sürücü xəsarət alıb

Siyəzəndə "SHACMAN" aşıb, sürücü xəsarət alıb
# 08 iyun 2018 07:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qəza zamanı sürücü, 1969-cu il təvəllüdlü Məmmədov Seymur Ağaməd oğlu xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR