Narkotik vasitə və psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Narkotik vasitə və psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 26 avqust 2016 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin daxili orqanından (mədəsindən) 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR