Rusiya daxili işlər nazirinin sabiq müavininin adı “Maqnitski siyahısı”na daxil edilib

Rusiya daxili işlər nazirinin sabiq müavininin adı “Maqnitski siyahısı”na daxil edilib
# 02 fevral 2016 08:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiya daxili işlər nazirinin sabiq müavini Aleksey Aniçinin adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyi siyahıda A. Aniçini Ukrayna vətəndaşı olaraq qeyd edib. A. Aniçindən başqa siyahıya Rusiya Daxili İşlər Nazirliyinin təhqiqatçıları Boris Kibis, Oleq Urjumçev, Rusiya İstintaq Komitəsinin sədri Pavel Lapşov, habelə Yevqeni Antonovun adları daxil edilib.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq ABŞ-a gəlmələrinə qadağa tətbiq olunur, ABŞ-dakı aktivlərinə isə həbs qoyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR