Bu ilin iki ayında Azərbaycan 270 kq qızıl istehsal edib

Bu ilin iki ayında Azərbaycan 270 kq qızıl istehsal edib
# 18 mart 2016 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 266,9 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci illik iki ayı ilə müqayisədə 20,6% azdır. Nəticədə bu ilin martın 1-ə 29,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin iki ayı ərzində ölkədə 41,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 3,4 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-ə 10,7 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR