“Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək

“Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək
# 23 avqust 2016 13:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalına həvəsi olan hər bir şəxs öz filmi ilə qatıla bilər.

Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

Üç gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək.

Dini, siyasi və qeyri-etik mövzular istisna olmaqla, gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq.

Qeydiyyat avqustun 31-dək davam edəcək. Mükafatlandırma mərasimi sentyabrda həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR