Bacısı: “Hacı Məmmədovun işində yenilik yoxdur, onunla bağlı məhkəməyə müraciət etməmişik”

Bacısı: “Hacı Məmmədovun işində yenilik yoxdur, onunla bağlı məhkəməyə müraciət etməmişik”
# 06 yanvar 2016 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Hacı Məmmədovla sonuncu dəfə təxminən iki ay əvvəl görüşmüşük”.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bacısı Arifə Məmmədova deyib. O, H. Məmmədovun işində hər hansı yeniliyin olmadığını, onunla bağlı yenidən məhkəməyə müraciət etmədiklərini bildirib.

Qeyd edək ki, Hacı Məmmədov 2005-ci ildə həbs edilib. O, məhkəmənin hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR