Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib

Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib
# 23 may 2016 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 69-cu Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, festivalın “Qızıl palma” mükafatına ingilis rejissor Ken Louçun “Mən Daniel Bleykəm” filmi layiq görülüb. Mükafata iddialı 21 namizəd yeddi nominasiya üzrə mükafatlandırılıb. Festivalın “Ən yaxşı rejissor işinə görə” mükafatı Kristian Munjiuya və iranlı rejissor Əsgər Fərhadiyə təqdim olunub. "Ən yaxşı kişi roluna görə" mükafatın sahibi isə iranlı Şabab Hüseyni olub.

Qeyd edək ki, festival mayın 11-dən 22-dək keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR