Parisdə baş verən qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

Parisdə baş verən qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb - <span style="color: red;">YENİLƏNİB
# 14 iyun 2016 03:02 (UTC +04:00)

Bakı-APA. Parisdə baş verən qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Amaq” agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, İŞİD silahlısı Parisin Müro kommunasında yol polisi rəisinin müavinini və onun arvadını qətlə yetirib.

***

04:32

Bakı-APA. Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşını bıçaqlayaraq qətlə yetirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan sonra cinayətkar polis əməkdaşının evinə soxularaq onun həyat yoldaşını və azyaşlı uşağını girov götürüb.

Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar məhv edilib. Hadisənin törədildiyi yerdə polis əməkdaşının arvadının meyiti tapılıb. 3 yaşlı uşağın sağ qaldığı bildirilir.

Qeyd olunur ki, qətli törədən şəxs zərərsizləşdirilməmişdən əvvəl İŞİD qruplaşmasının tərəfdarı olduğunu bəyan edib. Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR