Göygöldə 21 yaşlı qızı maşın vurub

Göygöldə 21 yaşlı qızı maşın vurub
# 04 oktyabr 2016 16:42 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR