FHN-in 10 illiyi münasibətilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək

FHN-in 10 illiyi münasibətilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək
# 23 noyabr 2015 07:41 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimə nazirliyin xilasetmə qurumları, həmçinin Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyəti, xüsusi texnika və avadanlıqları cəlb ediləcək.

Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR