Bakı sakini dənizdə boğulub

Bakı sakini dənizdə boğulub
# 02 avqust 2016 10:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər dənizdə batıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə avqustun 1-də Səbail rayonundakı Şıx çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Turman Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR