Gəncə-Şəmkir yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Gəncə-Şəmkir yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 mart 2016 20:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Şəmkir avtomobil yolunda baş verən yol nəqliyyat qəzasında xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü, Şəmkirin Muxtariyyə kənd sakini, 1989-cu il təvəllüdlü Eşqin Qasımov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lamiyə Qasımova və digər sərnişin 1990-cı il təvəllüdlü Tural Kamillidir.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***

22:30

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR