Zakir Qaralov Xızıda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Xızıda vətəndaşları qəbul edəcək
# 25 yanvar 2016 07:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR