Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlanıb

Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlanıb
# 22 iyun 2016 09:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Respublika Endokrinoloji Mərkəzdə (REM) 512 nəfər şəkərli diabetdən əziyyət çəkən uşaq dispanser qeydiyyatındadır.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə məlumat verib.

O bildirib ki, həmin uşaqlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. Mərkəzin direktoru qeyd edib ki, 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib: "Şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə pasiyentlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR