Prokurorluq orqanlarında çalışmaq istəyən 207 namizəd imtahandan uğurla keçib

Prokurorluq orqanlarında çalışmaq istəyən 207 namizəd imtahandan uğurla keçib
# 13 iyun 2016 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, işə qəbul olunmaq üçün ərizə təqdim etmiş 490 namizəddən 58 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 432 namizəddən 207 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 89,5 bal olub.

Qeyd edək ki, TQDK Respublika Baş Prokurorluğu ilə birlikdə iyunun 12-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bakı İdman Sarayında təşkil olunan imtahan saat 14:00-da başlayıb və 3 saat davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR