Şahin Mustafayev Türkiyə səfiri ilə görüşüb

Şahin Mustafayev Türkiyə səfiri ilə görüşüb
# 28 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkunu qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Ş. Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR