Bakıda mənzildən 80 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildən 80 yaşlı qadının meyiti aşkarlanıb
# 16 avqust 2016 20:44 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1936-ci il təvəllüdlü Telegina Klava Pavlovlanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR