Şirvanda avtomobil polis əməkdaşını vurub

Şirvanda avtomobil  polis əməkdaşını vurub
# 03 avqust 2016 21:46 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda avtomobil 34 yaşlı polis əməkdaşını vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.00 radələrində şəhər mərkəzində qeydə alınıb.

Şirvan polis şöbəsinin post patrul xidmətinin əməkdaşı, 1982-ci il təvəllüdlü Şahbazov Fuad Əsgər oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub. Nəticədə polis əməkdaşı təpə nahiyəsinin əzilmiş xəsarəti ilə Şirvan şəhərə xəstəxanasına yerləşdirilib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR