Merkel Rusiya ilə sanksiyalaradək olan münasibətləri qaytarmaq niyyətində olduğu bildirib

Merkel Rusiya ilə sanksiyalaradək olan münasibətləri qaytarmaq niyyətində olduğu bildirib
# 18 avqust 2016 23:41 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel Rusiya ilə sanksiyalaradək olan münasibətləri qaytarmaq niyyətində olduğunu və bu yolda əlindən gələni etdiyini bəyan edib. Bu barədə APA "RİA Novosti"yə istinadən xəbər verir.

“Mən birinci elə mən özüm Rusiyaya qarşı sanksiyaları ləğv edərdim. Təəssüf ki, biz hələlik Minsk sazişinin icra olunduğunu müşahidə etmirik. Biz bütün qüvvəmizlə Rusiya ilə sanksiyaları lazımsız edəcək münasibətlərə qayıtmaq niyyətindəyik”, - deyə Merkel bildirib.

Merkel qeyd edib ki, o, Fransa prezidenti Fransua Ollandla birlikdə Minsk razılaşmalarının icrasında irəliləyişə nail olmaq üçün, demək olar ki, hər gün əllərindən gələni edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR