Yığmamız “Master” turnirinə 9 cüdoçu ilə qatılacaq

Yığmamız “Master” turnirinə 9 cüdoçu ilə qatılacaq
# 19 may 2016 11:13 (UTC +04:00)

Bakı – APA. Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Rio Olimpiadasına lisenziya xarakterli sonuncu yarış – “Masters” turnirində idmançılarımızın sayı artırılıb.

Belə ki, reqlamentə əsasən reytinqdə ilk “16-lıq”da olanların mübarizəsinə daha 4 cüdoçumuz qatılacaq. Bunlar Məhəmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlıdı (48 kq).

Onlara kimi isə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) Olimpiya tsikilinin son turnirində iştirakı dəqiqləşmişdi.

Qeyd edək ki, mayın 27-29-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək turnirə ümumilikdə 62 ölkədən 316 idmançı qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR