Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb
# 10 may 2016 08:59 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərin görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb. Hadisə zamanı Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Əsgərov Ramin Qasım oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Şamaxı sakinləri - 1986-cı il təvəllüdlü Əmralıyev Hidayət Barat oğlu və 1992-ci il təvəllüdlü Əmralıyev Tural Əvəz oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR