Pakistanlı deputat: “Qarabağ məsələsində Azərbaycanın yanında olduğumuzu bütün dünyaya elan etmişik”

Pakistanlı deputat: “Qarabağ məsələsində Azərbaycanın yanında olduğumuzu bütün dünyaya elan etmişik”
# 30 sentyabr 2016 14:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın mövqeyi kifayət qədər qətidir. Biz Azərbaycanı dəstəkləyirik”.


Bunu APA-ya açıqlamasında Pakistan Milli Assambleyasının üzvü Şaza Fatima Xavaca deyib. O bildirib ki, Pakistan Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bütün dünyaya, beynəlxalq təşkilatlara elan edib. İki ölkə arasında kifayət qədər güclü dostluq əlaqələrinin olduğunu vurğulayan qonaq, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR