Resept blanklarından düzgün istifadə etməyənlər cəzalandırılacaq

Resept blanklarından düzgün istifadə etməyənlər cəzalandırılacaq
# 11 iyul 2016 11:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "Səhiyyə Nazirliyinə və Analitik Ekspertiza Mərkəzinə daxil olmuş çoxsaylı müraciətlərə əsasən ölkəmizin bir sıra rayon və şəhərlərində özəl tibbi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş resept blanklarının verilməsini və ondan istifadəni düzgün formada aparmır".

APA-nın xəbərinə görə, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Açıqlamada bildirilir ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” təsdiq edilib. Bu qaydalar “Dərman vasitələri haqqında” qanunun 13.5-ci maddəsinə əsasən hazırlanıb və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir. Qaydalarla təsdiqlənmiş resept formasından fərqli digər resept formaları əsasında dərman vasitələrini aptekdən buraxmaq qadağandır”.

Məlumatda o da qeyd olunub ki, qaydaların tələblərini pozan istənilən hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR