Bakıda qadın ağacdan yıxılaraq ölüb

Bakıda qadın ağacdan yıxılaraq ölüb
# 16 yanvar 2016 09:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 15-də Xətai rayonunda qeydə alınıb.

Rayon sakini Solmaz Hüseynova həyətində ağacdan yıxılması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR