Cəlilabad və Xaçmazda yük avtomobilləri yanıb

Cəlilabad və Xaçmazda yük avtomobilləri yanıb
# 07 iyul 2016 12:50 (UTC +04:00)

Bakı – APA. Cəlilabad və Xaçmazda yük avtomobilləri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Kövüzbulaq kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus yük avtomobilinin yanar hissələri və banına yığılmış 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə isə Xaçmaz rayonu, İlxıcı kəndində (rayon mərkəzindən 15 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus yük avtomobilinin banı qismən və banına yığılmış 1,4 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR