Xətai rayonunun bir hissəsinin su təchizatı məhdudlaşdırılır

Xətai rayonunun bir hissəsinin su təchizatı məhdudlaşdırılır
# 08 iyul 2016 09:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Xətai rayonunda suyun verilişində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar iyulun 8-də gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR