“Petkim” ötən ili mənfəətlə başa vurub

“Petkim” ötən ili mənfəətlə başa vurub
# 05 mart 2016 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki yatırımı olan və bu ölkənin neft-kimya xammal istehsalçısı “Petkim” ötən il üçün maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, şirkət 2015-ci ili 639,2 mln. türk lirəsi və ya 219,4 mln. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub. İlin ilk rübü ilə müqayisədə ilin sonuna xalis mənfəətdə 14% artım qeydə alınıb.

Ötən ilin əvvəlində şirkətin aktivləri 4 mlrd. 532,6 mln. lirəyə (1 mlrd. 555,7 mln ABŞ dolları) bərabər idisə, ilin sonunda bu göstərici 5 mlrd. 460,7 mlrd. lirəyə (1 mlrd. 874,2 mln. ABŞ dolları) qədər artıb. Ümumiyyətlə 2014-cü il ilə müqayisədə şirkətin aktivlərində 44% artım qeydə alınıb.

Hesabat dövründə şirkətin illik istehsal gücü 87%-ə yüksəlib.

Qeyd edək ki, “Petkim Petrochemical Holding AS”səhmərinin 61,32%-ni SOCAR-a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR