Nazir: "Daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaranması ölkəyə valyuta axınını təmin edəcək"

Nazir: "Daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaranması ölkəyə valyuta axınını təmin edəcək"
# 26 yanvar 2016 10:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) əlavə vəsait ayrılacaq.

"APA-Economics"in məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyasında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır: "Fondda olan vəsaitlərlə birlikdə ayrılacaq əlavə vəsait regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, aqrar sektora təkan verə bilər. Sizə tövsiyəm ondan ibarətdir ki, layihələr üzrə işlərə başlanılmalıdır. Daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaranmasına fikir verilməlidir. Birincisi, bu müəssisələrin yaranması ölkədən valyuta axınının azalmasına səbəb olacaq. İkincisi, xaricə məhsul ixrac etməklə ölkəyə valyuta axınını təmin etmək mümkün olacaq".

S. Şərifov sahibkarlara müraciət edərək onları yeni layihələrlə bağlı təkliflər hazırlamağı və aidiyyatı qurumlara təqdim etməyi tövsiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR