Yevlaxda avtomobil kanala aşıb, sərnişin ölüb

Yevlaxda avtomobil kanala aşıb, sərnişin ölüb
# 06 avqust 2016 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda avtomobil su kanalına aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Salahlı kəndində baş verib.

“Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin, 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR