Avqustun 25-dən Nijni Novqoroddan Bakıya aviareys açılır

Avqustun 25-dən Nijni Novqoroddan Bakıya aviareys açılır
# 23 avqust 2016 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqustun 25-dən “Komiaviatrans” şirkəti Nijni Novqoroddan Azərbaycana birbaşa reyslər həyata keçirəcək.

APA-Economics”in aviaşirkətin saytına istinadən verdiyi məlumatına görə, birbaşa reyslər Nijni Novqorod-Bakı-Nijni Novqorod marşrutu ilə həyata keçiriləcək. Uçuş 2 saat 45 dəqiqə davam edəcək.

“Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 9:30-dan, Bakıdan isə cümə axşamları 19:15-də həyata keçiriləcək. Birtərəfli gediş üçün biletin qiyməti 12 300 Rusiya rublu və ya 307 manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR