Bakıda Azərbaycan - BƏƏ biznes forumu keçiriləcək

 Bakıda Azərbaycan - BƏƏ biznes forumu keçiriləcək
# 06 oktyabr 2016 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu keçiriləcək.

Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum oktyabrın 20-də baş tutacaq.

Forumda kənd təsərrüfatı və qida sənayesi, tikinti, əczaçılıq, qablaşdırma, logistika, turizm, ətir istehsalı, təhlükəsizlik, yanğından mühafizə sistemləri, uniforma istehsalı və s. sahələrdə fəaliyyət göstərən BƏƏ şirkətlərinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR