Bakıda ABŞ-ın «Matuto» musiqi qrupunun konserti keçirilib

Bakıda ABŞ-ın «Matuto» musiqi qrupunun konserti keçirilib
# 22 sentyabr 2016 20:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Musiqi Akademiyasında «Matuto» musiqi qrupunun konserti keçirilib. APA-nın məlumatına görə, konsert tədbiri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramı çərçivəsində təşkil olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Emi Piterson bildirib ki, musiqi qrupu növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramı ilə çıxış edəcək. Səfirlik rəsmisinin sözlərinə görə, Matuto musiqi qrupunun səfəri Amerika və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək.

Qrupun İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı ictimai konsertlər veriləcək, yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.

Qrupun Azərbaycandakı bütün çıxışları pulsuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR