Azərbaycanlıların Koordinasiya Mərkəzi “Deutschlandfunk” radiosuna etiraz məktubu ünvanlayıb

Azərbaycanlıların Koordinasiya Mərkəzi “Deutschlandfunk” radiosuna etiraz məktubu ünvanlayıb
# 18 yanvar 2016 07:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da Almaniyanın “Deutschlandfunk” radiosunda yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, reportajın müəllifi Sven Toniges adlı jurnalist bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib və tamamilə qərəzli reportaj hazırlayıb.

Etiraz məktubunda bildirilir ki, jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə gəlib. Bu səbəbdən Ermənistanın işğalı altında olan və dünya dövlətləri tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır: “Minlərlə azərbaycanlının bir araya gətirən bir təşkilat olaraq bildiririk ki, jurnalist Tonigesin bu formatda səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Çünki Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa Birliyinə öz tövsiyələrini təqdim edir. Buna görə də alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir” - deyə, müraciətdə bildirilir.

Məktubun sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR