Bakıda “ICMSEM - 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakıda “ICMSEM - 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib
# 31 avqust 2016 09:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı. Bakıda “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib.


APA-nın məlumatına görə, iki günlük konfransa dünyanın 10-dan çox ölkəsindən nümayəndələr qatılıb. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə və bir sıra digər ölkələrinin alimləri iştirak ediblər.

Mikayıl Cabbarov çıxışında qeyd edib ki, təhsil və elm arasında rabitənin qurulması vacibdir: "Son 20 ildə ölkədəki məktəblərin 70 faizi ya təmir olunub, ya da yenidən qurulub. Əmin olmalıyıq ki, elm və təhsil iqtisadi inkişafların ehtiyacını qarşıya bilər. Buna görə də bir sıra vacib işlər görülməlidir. Azərbaycanın son illər ərzində bir çox elmi nailiyyətləri olub".

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, elmdə və təhsildə menecment anlayışını təlqin etməklə bir çox uğurlara imza atmaq olar. "Gənclərə elmə cəlb etmək üçün daim addımlar atılır. Çünki yaxşı elm gənclik tərəfindən yaradılır. Bariz nümunədir ki, Akademiyada 70-ə yaxın magistr çalışacaq. Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib."

Xatırladaq ki, konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR