Ötən il “Aqrolizinq” sahibkarlara 60 milyon manat dəyərində kənd təsərrüfatı texnikası verib

Ötən il “Aqrolizinq” sahibkarlara 60 milyon manat dəyərində kənd təsərrüfatı texnikası verib
# 09 fevral 2016 11:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ötən il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 mln. manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, qeyd olunan məbləğə 1 061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəkləri (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR