Dağıstanda baş vermiş yol qəzası nəticəsində 4 yaşayış məntəqəsi qazsız qalıb

Dağıstanda baş vermiş yol qəzası nəticəsində 4 yaşayış məntəqəsi qazsız qalıb
# 04 mart 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Buynaksk rayonunda minik avtomobili qaz kəmərinə çırpılıb.

APA-nın “Kommersant”-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində rayonda 4 yaşayış məntəqəsi qazsız qalıb.

Mahaçqala-Qunib yolunda baş verən qəzada 2 nəfər xəsarət alıb.

“İlkin məlumata əsasən, “Lada Priora” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və qaz kəmərinə çırpılıb. Qəza zamanı 2 nəfər, avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar”, deyə DİN nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR