Ermənistanda tank hərbi avtomobillə toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB

Ermənistanda tank hərbi avtomobillə toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB
# 26 may 2024 23:51 (UTC +04:00)

Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

***
22:26

Ermənistan ordusunun hərbçisi Ararat Aramoviç Aroyan qeyri-müəyyən şəraitdə ölüb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həkimlərinin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR