AZAL turizm agentliklərində dələduzluq halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib

AZAL turizm agentliklərində dələduzluq halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib
# 14 aprel 2016 08:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar:

www.azal.az/az/article/31082015

Əlavə məlumat üçün:

Telefon: (012) 598 88 80 / *8880

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR